3 İyun 2014 18:57
1 154
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Sərgi Mərkəzində XXI Beynəlxalq Xəzər neft və qaz sərgisinin açılışı olub.

Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edib.

Dövlətimizin başçısı açılış mərasimində nitq söyləyib.

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Prezident Barak Obamanın, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Xarici İşlər Nazirliyinin Azərbaycandakı ticarət nümayəndəsi Çarlz Hendri Baş nazir Devid Kemeronun, Norveç Krallığının neft və enerji nazirinin müavini Kare Fostervold Baş nazir xanım Erna Solberqin, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Malena Mard qurumun enerji məsələləri üzrə komissarı Günter Ottingerin təbrik məktublarını oxuyublar.

Sonra bp şirkətinin baş icraçı direktoru Robert Dadli çıxış edib.

Daha sonra Prezident İlham Əliyev sərginin pavilyonları ilə tanış oldu.

Məlumat verildi ki, bu il sərgidə dünyanın 29 ölkəsindən 402 şirkət iştirak edir. Sərgi meydançasının 70 faizdən çoxu dünyaca məşhur şirkətlər tərəfindən tutulmuşdur və onların arasında “Əsrin müqaviləsi”nin bilavasitə iştirakçıları var.


Müəllif: