4 İyun 2014 23:28
829
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Komissiyası və Mərkəzi Bank Litvanın avrozonaya daxil olması üçün lazım olan bütün meyarlara uyğun olduğunu bildirib.

İspaniyanın “El PAİS” qəzeti məlumat verir ki, avro istifadə eləməyən Avropa Birliyi ölkələri arasında Litva avrozonaya daxilolma şərtlərinə uyğun olan yeganə dövlətdir.

Qeyd edək ki, Avropa Birliyinin 28 ölkəsindən yalnız Böyük Britaniya və Danimarka avronu qəbul etməyə məcbur deyil, çünki onlar rəsmi imtina haqqına sahibdirlər. Şərtlərə uyğun olan digər bütün üzvlər vahid valyutaya keçməyə məcburdurlar. Litva isə vahid valyutanı qəbul edən 19-cu ölkə olacaq./axar/


Müəllif: