5 İyun 2014 16:33
473

İyunun 11-də ABŞ-ın Helsinki Komissiyasında Azərbaycana dair dinləmələr keçiriləcək.

Teleqraf.com-un komissiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, dinləmələrin əsas mövzusu ABŞ-Azərbaycan münasibətlərinin təhlükəsizlik, insan haqları və iqtisadi tərəfləri olacaq.

Dinləmələrdə ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə müşaviri Tomas O.Melia, ABŞ dövlət katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Erik Rubin, Demokratiya üçün Milli Dəstək Fondunun Rusiya və Avrasiya üzrə direktoru Miriam Lanskoy və Corctaun Universitetinin Avrasiya, Rusiya və Şərqi Avropa Araşdırmaları Mərkəzinin elmi işçisi Brenda Şaffer çıxış edəcəklər.


Müəllif: