6 İyun 2014 16:18
898
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV zirvə görüşünün keçirilməsi çox önəmli hadisədir. Bu sammit zamanı aparılan müzakirələr və verilən qərarlar türk birliyinin güclənməsinə öz töhfəsini verəcək”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Cəfərov deyib.

N.Cəfərov bildirib ki, ümumiyyətlə, türkdilli ölkələr arasında münasibətlərin daha da güclənməsi istiqamətində önəmli addımlar atılır. Onun sözlərinə görə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması və fəaliyyəti də bu prosesin tərkib hissəsidir: “Faktlar göstərir ki, artıq türk dövlətləri özlərinin birgə yaratdığı təşkilatlarla dünyaya çıxırlar. Ümumiyyətlə, qloballaşan dünyada türk xalqlarının birliyinin güclənməsi olduqca aktualdır”.

Səxavət


Müəllif: