9 İyun 2014 11:24
1 713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Ukrayna ilə bağlı siyasəti beynəlxaq qınağa tuş gəlməklə yanaşı, maraqlı siyasi mənzərə yaradıb. Krım yarımadasını Rusiyaya birləşdirən Putinin bu addımı hətta onun dost saydığı ölkələr tərəfindən də dəstəklənmədi. Ermənistanı çıxmaq şərtilə Moldova, Belarus kimi xristian ölkələri Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan ediblər.

Aparılan müşahidələr göstərir ki, Ukrayna hadisələrindən sonra müsəlman ölkələri Rusiya ilə münasibətlərini istiləşdirməkdədilər. İran, Suriya, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan, qismən Türkiyənin Rusiya ilə yaxınlaşması müşahidə olunur.

Bu məqama diqqət çəkən ekspert İlham İsmayıl hesab edir ki, Rusiyanın daxilində də müsəlmanlar Putinə dəstək verirlər: "Məsələn, Putinin vuran əli çeçen Ramzan Kadırov, tatar Minixanovdur. Putinə dəstək verən müsəlmanların siyahısını uzatmaq olar. Amma məni bir məsələ maraqlandırır. Müsəlman ölkələrinin Putini belə dəstəkləməsində İslam dininin rolu varmı?"

Ekspertin düşünmək üçün qoyduğu sual İslam dinində güclünü dəstəkləmək, onun yanında olmaq kimi prinsiplərin mövcudluğuna işarədir. Amma müqəddəs kitabda əzənin deyil əzilənin, zülmkarın deyil, məzlumun yanında olmaq kimi hökmlərini yaddan çıxarmaq olmaz.

Ayxan


Müəllif: