Ombudsmanı Elmira Süleymanova “Müəllim sözü” qəzeti redaksiya şurasının və “Ziyalı” xüsusi buraxılışının təsis etdiyi “Ziyalı” Fəxri Media Diplomu ilə təltif edilib.
Ombudsman Aparatından verilən məlumata görə, E.Süleymanova bu mükafata insan hüquqlarının müdafiəsi və təmin olunması sahəsində fəaliyyətindəki uğurlara, əhalinin hüquq düşüncəsinin yetkinləşməsi və cəmiyyətdə hüquq mədəniyyətinin formalaşması istiqamətində xidmətlərinə, fəal ziyalı mövqeyinə, obyektivliyinə və milli-mənəvi dəyərlərimizin təbliğində iştirakına görə layiq görülüb.
“Müəllim sözü” qəzetinin və “Ziyalı” xüsusi buraxılışının baş redaktoru, şair-publisist Vahid Aslan adı çəkilən fəxri media diplomu ombudsmana təqdim edib.
BƏXTİYAR