9 İyun 2014 18:41
480

Ramiz Alıyev: “Leyla Yunusun bəyənatları onu batdığı "palçığın" dibinə sürükləyir”

Sülh və Demokratiya İnstitutunun nəzdində Repressiyalara Qarşı Müqavimət Mərkəzi yaradılıb. Bu barədə iyunun 9-da keçirdiyi mətbuat konfransında SDİ-nin direktoru Leyla Yunus məlumat verib.

Məsələ ilə bağlı açıqlama verən politoloq Ramiz Alıyev bildirib ki, Leyla Yunusun bu kimi bəyənatları və çağrışları onu daha da batmış olduğu "palçığın" dibinə sürükləyir. Onun sözlərinə görə, L.Yunus və erməni lobbisinə xidmət edən digər sapı özümüzdən olan üz qaraları hiss edirlər ki, başlarını aldadıb dövlətə qarşı cinayət işləməsi üçün məcbur edilən gənclər artıq düşdükləri tələdən agah olublar:

“Onlar Leyla Yunus kimi vətən xainlərini ifşa edirlər. Bütün bu olanlara təbii ki, Leyla Yunus və erməni lobbisi hesabına maliyyələşən xalqımızın üz qaraları dözə bilməyəcək. Ona görə ki, onların siyasi məhbus şousu baş tutmasa, xaricdən maliyyələri kəsiləcək və həmişəki kimi yenə də öz himayədarları qarşısında üzüqara qalacaqlar. Bu səbəbdən də var gücləri ilə çalışırlar ki, nəyin bahasına olursa, olsun güdəmdə qalsınlar. Belə olmayacağı təqdirdə erməni lobbisi olara hər ay ödədiyi maliyyə vəsaitin kəsə bilər. Maraqlıdır ki, Leyla Yunus və adlarını "hüquq müdafiəçisi" qoymuş bəzi Vətən xainləri hər gün bəyanatlarla çıxış edib həbs olunan cinayətkarların azad olunmasını tələb edirlər. Həbs olunan gənclərdən kimsə özü azad olunması və günahın bağışlanması üçün müraciət və aldadılaraq cinayətə sövq edildiyini bəyan edirsə, bəzi "hüquq müdafiəçi”lərinin bundan niyə narahat olmasını anlamıram”.

BƏXTİYAR


Müəllif: