9 İyun 2014 18:53
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev Portuqaliya Prezidenti Anibal Kavaku Silvaya təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Milli bayramınız - Portuqaliya günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan və Portuqaliya arasında əlaqələr, dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Portuqaliya xalqına daim əmin-amanlıq və rifah arzulayıram".


Müəllif: