11 İyun 2014 12:17
782
12 Punto 14 Punto 16 Punto 18 Punto

Danimarkada fəaliyyət göstərən türkdilli xalqların diaspor təşkilatı rəhbərlərinin toplantısı keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, paytaxt Kopenhagendə fəaliyyət göstərən “Azərbaycan Evi”ndə baş tutmuş görüşdə Azərbaycan “Vətən” Cəmiyyətinin nümayəndələri və sədri Səfər Sadiqi, Güney Azərbaycan Dostluq Cəmiyyətinin rəhbəri Abbas Seidlər, Skandinaviya Ülkü Ocaqlarının sədri Bahadur Gülər, Türkmən Yardım Cəmiyyətinin başçısı Yurtan Karvancı və başqa cəmiyyət sədrləri iştirak edib.

Toplantıda “Vətən” Cəmiyyətinin təşəbbüsü ilə Türkdilli Cəmiyyətlər Birliyinin koordinasiya şurasının yaradılması müzakirə olunub. Səfər Sadiqi toplantını açaraq bildirib ki, koordinasiya şurasının yaradılması gələcəkdə tədbirlərin birlikdə, planlı şəkildə təşkilinə və əlaqələrin möhkəmləndirilməsinə xidmət edəcək. S.Sadiqinin bu təşəbbüsünü dəstəkləyən türkdilli cəmiyyətlərin rəhbərləri koordinasiya şurasının yaradılmasının zəruri olduğunu bildiriblər.

Sonda növbəti toplantının bu ilin sentyabrında Kopenhagen Ülkü Ocaqlarında keçirilməsi qərara alınıb.

Səxavət


Müəllif: