11 İyun 2014 15:07
351

NATO-nun mənzil-qərargahında NATO və Azərbaycan arasında Planlaşdırma və Analiz Prosesi (PAP) çərçivəsində Siyasi və Tərəfdaşlıqlar Komitəsində növbəti görüş keçirilib.

Bu barədə Teleqraf.com-a Azərbaycanın NATO yanında nümayəndəliyindən məlumat verilib.

Xarici işlər, müdafiə, daxili işlər, fövqəladə hallar, rabitə və yüksək texnologiyalar nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin və Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələrinin, NATO-nun üzv və dəvət olunmuş bir sıra tərəfdaş ölkələrin rəsmilərinin, həmçinin NATO-nun Beynəlxalq və Beynəlxalq Hərbi Katibliyinin mütəxəssislərinin iştirakı ilə keçirilmiş görüş zamanı Azərbaycanda aparılan müdafiə islahatları, hərbi təlim və tədris, NATO qüvvələri ilə uyarlılıq, həmçinin ikitərəfli tərəfdaşlığa aid digər məsələlər müzakirə edilib və Azərbaycanın əməkdaşlıq sahəsində apardığı səylər və əldə etdiyi nailiyyətlər yüksək qiymətləndirilib.

Eyni zamanda, Azərbaycan nümayəndə heyətinə daxil ola mütəxəssislərin NATO-nun Beynəlxalq və Beynəlxalq Hərbi Katibliyi, həmçinin alyansın bir neçə üzv və tərəfdaş ölkələrin rəsmiləri ilə bir sıra spesifik əməkdaşlıq sahələrin müzakirəsi məqsədilə ikitərəfli işçi görüşləri də baş tutub.

Səxavət


Müəllif: