11 İyun 2014 16:25

“Culfa rayonu Ləkətağ istiqamətində Ermənistan ordusunun hücumu haqqında yayılan məlumatlar dezinformasiyadır”.

Bu açıqlama ilə Ermənistanın Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Arçrun Ovanisyan çıxış edib.


Erməni mətbuatı isə Ləkətağ hücumunun bölgədə vəziyyəti misilsiz dərəcədə təhlükəli xarakter alması ilə əlaqələndirib:


“Bir neçə gün bundan öncə Naxçıvanla sərhəddə iki erməni əsgərinin ölümü ilə nəticələnən insident baş vermişdi. Bu stabilliyi ilə fərqlənən Naxçıvan bölgəsi üçün görünməmiş eskalasiyadır. Bundan əlavə isə hadisəni misilsiz edən səbəblərdən biri də erməni tərəfinin Naxçıvanda türkiyəli əsgərlərin olması ilə bağlı birbaşa yazılı açıqlama ilə çıxış etməsidir”.


Qeyd edək ki, bir az öncə mətbuatda ermənilərin Culfa rayonu Ləkətağ istiqamətində hücuma keçdiyi və kənd sakinlərinin müəyyən qisminin buranı tərk etdiyi haqqında informasiya yayılmışdı. Azərbaycanın Müdafiə Nazirliyi yayılan məlumatı təkzib etdi./axar/


Müəllif: