11 İyun 2014 23:49
1 016
12 Punto 14 Punto 16 Punto 18 Punto

YAP Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin təşəbbüsü ilə keçirilən tədbirdə YAP Sumqayıt şəhər təşkilatının gənclərlə iş üzrə sədrin müavini Elmar Xəlilov, YAP Sumqayıt şəhər təşkilatı idarə heyətinin üzvü Ceyhun Məmmədov, YAP Sumqayıt Şəhər təşkilatı Gənclər Birliyinin sədri Elmar Məmmədov, Sumqayıt şəhərinin bir sıra idarə və müəssisələrində çalışan və Yeni Azərbaycan Partiyasının işində fəallıq göstərən gənclər iştirak ediblər.

YAP Gənclər Birliyindən Teleqraf.com-a verilən məlumata görə, tədbir öncəsi Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. Daha sonra tədbiri giriş sözü ilə açan YAP Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin sədri Elmar Məmmədov 15 iyun - Milli Qurtuluş günü barədə tədbir iştirakçılarına ətraflı məlumat verib və "Milli Qurtuluş Günü xalqımızın şərəf tarixidir" adlı sənədli film nümayiş olunub.

Məruzə üçün söz YAP Sumqayıt Şəhər təşkilatı Gənclər Birliyinin sədri Elmar Məmmədova verilib. O, öz çıxışında "Xaosdan Sabitliyə" mövzusunda danışıb. Azərbaycan xalqının və Azərbaycan Respublikasının tarixinə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əziz gündür. Vətənini , xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 İyun əsl Qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. - deyə, Elmar Məmmədov əlavə edib.

Çıxış üçün söz YAP Sumqayıt Şəhər təşkilatı idarə heyətinin üzvü Ceyhun Məmmədova verilib. O, çıxış edərək Heydər Əliyevin nadir tarixi şəxsiyyət olmağından danışaraq, hələ sağlığında xalqının qəlbində özünə möhtəşəm bir abidə ucaldaraq canlı əfsanəyə çevrilmişdir - deyə , əlavə edib.

Digər çıxış edənlər "SOS Uşaq kəndləri, Sumqayıt ailələrə dəstək" layihəsinin koordinatoru Samir Hüseynov və YAP Sumqayıt Şəhər təşkilatı Gənclər Birliyinin üzvü Elvin Dadaşova 15 iyun - Milli Qurtuluş günü ilə bağlı öz fikirlərini bölüşüblər.

Yekun söz YAP Sumqayıt Sumqayıt şəhər təşkilatının gənclərlə iş üzrə sədrin müavini Elmar Xəlilova verilib. Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının və dövlətinin həyatında oynadığı xilaskarlıq missiyası barədə danışıb.


Müəllif: