12 İyun 2014 14:30
1 043
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rumıniyanın sabiq prezidenti İon İliesku Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olacaq.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, məsələ Buxarestdə İ.İliesku ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin icraçı direktoru Rövşən Muradov arasında keçirilmiş görüş zamanı müzakirə olunub və razılıq əldə edilib.

İ.İliesku görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Madrid Klubunun birgə gerçəkləşdirdiyi Qlobal Açıq Cəmiyyətlər Forumunu, eləcə də sabiq dövlət və hökumət baçşılarının öz təcrübəsini bölüşməsi üçün imkanlar yaradılmasının əhəmiyyətini yüksək qiymətləndirib.

Qeyd edək ki, 2012-ci ildə təsis olunmuş Nizami Gəncəvi Beynəlxalq Mərkəzində Ehud Barak, Viktor Yuşşenko, Mixail Saakaşvili, Oskar Ribas, El-Keib kimi tanınmış siyasətçilər cəmləşib. Bildirək ki, mərkəz üzvlüyündə olan sabiq prezident və baş nazirlərin sayına görə Cənubi Qafqaz, MDB və Asiyada mövcud olan ən böyük qurumdur.

Səxavət


Müəllif: