13 İyun 2014 15:34
960
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bizim üçün əsas parlamentlərarası əməkdaşlığın uzunmüddətli inkişaf strategiyasıdır. Odur ki, Assambleya çərçivəsində türkdilli dövlətlərin inkişafını artırmaq üçün yol xəritəsi hazırlanmalıdır. Bu sənəddə parlamentlərarasındakı inkişaf sxemi, ikitərəfli və çoxtərəfli əməkdaşlığın əhəmiyyətlərinin xüsusiyyətləri qeyd olunmalıdır".

Teleqraf.com-un məlumatına görə, bunu bu gün Türkdilli ölkələrin Parlament Assambleyasının (TürkPA) V plenar iclasında çıxışı zamanı Qazaxıstan parlamentinin sədri Kabidulla Djakupov bildirib.

Spiker bildirib ki, Qazaxıstan 2015-16-cı illərdə BMT TŞ-nin qeyri-daimi üzvlüyünə Türkiyənin namizədliyini, 2011-18-ci illərdə isə BMT-nin qurumuna iqtisadi və sosial komissiyasında Azərbaycanın namizədliyini dəstəkləyir:

Türkiyə Böyük Millət Məclisinin sədri C.Çiçək parlament nümayəndə heyətlərinin mütəmadi görüşlərini təqdirəlayiq hesab edib. O, Türkiyə tərəfinin TürkPA-ya sədrliyi dönəmində görülən işlərdən söz açaraq, qurumun türk dünyası üçün böyük əhəmiyyət daşıdığını ifadə edib. Milli Məclisin sədri O. Əsədova təşkilata sədrliyi qəbul edən tərəf kimi gələcək fəaliyyətində uğurlar arzulayan C. Çiçək Türkiyə ilə Azərbaycan arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində olduğunu xüsusi vurğulayaraq, əməkdaşlığımızın gələcəkdə daha da dərinləşməsi üçün parlamentarilərin üzərinə də böyük vəzifə düşdüyünü söyləyib.

Çıxışların ardınca spiker Oqtay Əsədov TürkPA-da müşahidəçi statusunu Macarıstan Milli Məclisinə verib.

Qeyd edək ki, toplantıda TürkPA-nın fəaliyyətinin məzmunu barədə müzakirə aparılacaq, hesabat məruzələri dinləniləcək. İclasın gündəliyinə daimi komissiyalara sədr və sədr müavinlərinin seçilməsi, Azərbaycanda keçirilən prezident seçkilərinə dair qurumun hesabatı və TürkPA-nın 2015-ci il büdcəsinin təsdiqi də daxildir.


Müəllif: