14 İyun 2014 00:27
826
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozunun Azərbaycana səfəri başlayıb.

Bu barədə Trend-ə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyindən bildirilib.

Sabah Joze Manuel Barrozu ölkə rəhbərliyi və bir sıra rəsmi
şəxslər ilə görüşəcək.

Avropa Komissiyasının Prezidenti ADA Universitetində "Aİ-Azərbaycan: Yeni imkanlar və çağırışlar" mövzusunda nitqlə çıxış edəcəyi gözlənilir.

Qeyd edək ki, Avropa Komissiyası prezidentinin saytında bildirilir ki, bu səfər Aİ-Azərbaycan əlaqələrinin möhkəmləndirilməsi, Assosiasiya sazişi və Strateji Müasirləşdirmə Tərəfdaşlığı ətrafında danışıqlara yeni impuls vermək üçün bir imkandır.

Onu da qeyd edək ki, bundan öncə Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu Azərbaycana 2011-ci il yanvarın 13-də səfər edib.


Müəllif: