2 Aprel 2016 12:19
587
12 Punto 14 Punto 16 Punto 18 Punto

“AXCP, Milli Şura və digər müxalifət partiyalarına əməkdaşlıqla bağlı bir neçə dəfə verdiyimiz təklif qəbul olunmasa da, Müsavat Partiyası hər zaman funksional əməkdaşlığın tərəfdarıdır. Biz yenə də əməkdaşlıq təkliflərimizi irəli sürürük".

Teleqraf.com xəbər verir ki, bu fikirləri Müsavat başqanı Arif Hacılı müavini Tofiq Yaqublunun Milli Şura üzvləri ilə əməkdaşlığın bərpası üçün irəli sürdüyü təklifə münasibət bildirərkən deyib. "Biz əvvəldən bəyan etmişik ki, mübarizəni müxalifətin daxilindən çıxarmaq lazımdır. Tofiq Yaqublunun təklifi Müsavat partiyasının konsepsiyasına uyğundur.

Sevindirici haldır ki, Tofiq bəy tərəfindən verilən təklif ictimaiyyətin diqqətini cəlb etdi. Bu, Müsavat Partiyası üçün yeni təklif deyil, əvvəlki siyasətimizə tamamilə uyğundur. Siyasi fəaliyyət təkəbbürlə aparıla bilməz. Siyasi xadim emosiyaya, duyğularına əsaslana bilməz. Cəmiyyətin maraqları nəzərə alınmalıdır".

Nərgiz


Müəllif: