2 Aprel 2016 15:40
388

Milli Şuranın Koordinasiya Mərkəzinin toplantısı keçirilib.

Teleqraf.com xəbər verir ki, toplantıda, əsasən, ölkədə ictimai-siyasi durum müzakirə edilib, bir sıra şəxslərin həbsdən buraxılması qiymətləndirilib.

Eyni zamanda beynəlxalq qlobal böhran, onun Azərbaycana təsiri, sosial durum haqqında fikir mübadiləsi aparılıb.

Adının çəkilməsini istəməyən Koordinasiya Şurasının üzvü söyləyib ki, toplantı zamanı mitinq mövzusu müzakirə edilməyib. Bununla da, Milli Şuranın yaxın dövrlər üçün aksiya keçirmək niyyətində olmadığı ortaya çıxıb.

Xatırladaq ki, ötən gün saytımıza açıqlama verən Koordinasiya Şurasının üzvü Vidadi Mirkamal demişdi ki, mitinq keçirmək niyyətindədirlər və bu məsələni müzakirə edərək icazəli aksiya keçirəcəklər.

Cavidan


Müəllif: