2 Aprel 2016 18:36

Rusiyanın Dağlıq Qarabağda vəziyyətə təsir etməyə göstərən çağırışlar etməsi Dağlıq Qarabağ probleminin prinsipial şəkildə həlli üçün çox azdır. Bunu Trend-ə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, Rusiyadan sonra ATƏT-in Minsk qrupunun digər həmsədrlərindən də Dağlıq Qarabağda vəziyyətə təsir etməyə göstərən çağırışların gəlməsi gözləniləndir.

Deputat qeyd edib ki, belə çağırışların edilməsi məsələnin əsl mahiyyətindən uzaqlaşmadır.

A.Mirzəzadənin fikrincə, prorblemin kökündə tərəflər arasındakı gərginlik yox, Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğal etməsi, Ermənistan əsgərinin Azərbaycan torpağında olmasıdır: “Buna görə də çağırış Yerevana, Ermənistan hakimiyyətinə edilməlidir. Çağırış Ermənistanın işğalçılıq siyasətinə son qoyulmasına, Silahlı Qüvvələrini işğal edilmiş torpaqlardan çıxarılmasına yönəlməlidir. Ermənistandan beynəlxalq hüquq normalarına riayət edilməsi tələb edilməlidir. Amma bunun əvəzinə diplomatik jestlər edilir”.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə danışıqlar aparıb. O, azərbaycanlı və erməni həmkarları ilə danışığı zamanı Dağlıq Qarabağda vəziyyətə təsir etməyə və zorakılığı dayandırmağa çağırıb.


Müəllif:
Загрузка...