4 Aprel 2016 16:15
958

Politoloq Elxan Şahinoğlu Ermənistan Prezidenti Serj Sərkisyanın güzəştə getməyə hazır olduğu barədə bəyanatını şərh edib.

Teleqraf.com xəbər verir ki, politoloqun fikrincə, hələ tələsmək lazım deyil: “Bəlkə, Sərkisyan bizi rahatlatmaq üçün vaxt udmaq istəyir. Ona görə də tələsməyək və Sərkisyanın “güzəştə hazırıq” ifadəsinin geniş izahını gözləyək.

Bütün hallarda mən illər öncə də deyirdim və yazırdım ki, Ermənistan hakimiyyəti qarşısında real güc görməyənə qədər ancaq danışıqlarla güzəştə getməyəcək.

Beynəlxalq təşkilatların xətti ilə 1999-cu ildə İrəvanda olanda Ermənistanın keçmiş prezidenti Robert Köçəryan və indiki prezident Serj Sərkisyanla görüşüb onlara suallar vermək imkanı əldə etdim. Hər ikisi suallarımdan əsəbiləşərək, sərt şəkildə mənə dedilər ki, “biz vuruşub həmin torpaqları almışıq, elə-belə qaytara bilmərik”. Biz də “elə-belə” istəmədik”.

Nərgiz


Müəllif: