4 Aprel 2016 18:05
791

Bu gün Klassik Xalq Cəbhəsi Partiyasının qərargahında 9 siyasi partiya mövcud hərbi-siyasi durumla bağlı müzakirə aparıb.

Teleqraf.com xəbər verir ki, müzakirələrə Aydınlar Partiyası, Azadlıq Partiyası, Azərbaycan Xalq Partiyası, Böyük Azərbaycan Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Azərbaycan Demokrat Partiyası, Milli Konqres Partiyası, Ümid Partiyası və Klassik Xalq Cəbhəsi Partiyasının rəhbərləri qatılıb.
Toplantıda şəhidlərin xatirəsi sayğı duruşu ilə yad edilib, onların ailələrinə və yaxınlarına başsağlığı verilib. Yaralıların tezliklə şəfa tapmaları üçün dualar edilib.

Müzakirələr zamanı müvafiq qərarlar qəbul olunub.

Doqquz partiya Azərbaycan Ordusunun işğal olunmuş torpaqların bir hissəsini azad etməsi uğurlu addım kimi qeyd olunub.

Həmçinin Azərbaycan hakimiyyətinin işğal olunmuş bütün torpaqlarımızın azad olunmasını təmin etmək üçün siyasi, diplomatik, hərbi və digər tədbirləri daha səylə və ardıcıl davam etdirməsi məqsədəuyğun hesab olunub.

Cavidan


Müəllif: