5 Aprel 2016 11:39
647
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə azərbaycanlıları cəbhə xəttindəki vəziyyətlə əlaqədar mətbuat konfransı keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Teleqraf.com-a daxil olan məlumata görə, Türkiyədəki Azərbaycan diaspor təşkilatları – Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası və Ankara Azərbaycan Evi Dərnəyi erməni silahlı qüvvələrinin cəbhə xəttində yaratdığı gərginliklə əlaqədar mətbuat konfransı keçirib.

Mətbuat konfransında Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü pislənilib, Türkiyə azərbaycanlıları adından Azərbaycan dövlətinə və xalqına dəstək ifadə olunub.

Çıxış edənlər bildirib ki, Azərbaycan hər zaman sülh prinsiplərinə sadiqdir və atəşkəsin pozulması Ermənistan dövlətinin işğalçılıq siyasətindən irəli gəlir. Ermənistan Silahlı Qüvvələrinin cəbhə xəttində Azərbaycanın mülkü əhalisinin atəşə tutulması sülh prinsiplərinə və beynəlxalq hüquq normalarına ziddir. Həmçinin, dünya ictimaiyyəti baş verənlərə biganə yanaşmamağa çağırılıb.

“Xocalıda qırğın törədən birinin indi dövlətə başçılıq etməyi çox təəccüblüdür. Bundan daha təəccüblüsü isə beynəlxalq hüququn bu həqiqətə göz yummasıdır”, – deyə Ankara Evi Dərnəyinin rəhbəri Erdoğan Çeçen bildirib.

Səxavət


Müəllif: