5 Aprel 2016 12:25
647
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyi cəbhədə baş verən son hadisələrlə bağlı narahatlıqlarını ifadə edən bəyanat yayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Teleqraf.com-a daxil olan bəyanatda Moskvada və Rusiyanın digər şəhərlərində yaşayan və təhsil alan yüz minlərlə həmvətənimiz adından Azərbaycanın cəbhəboyu rayonlarında erməni təxribatının qarşısının alınması və dinc əhalinin qətlə yetirilməsinə son qoyulması tələb olunub.

Bununla yanaşı bəyanatda deyilir: “Düşmənin qarşısının alınması, əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən cavab tədbirlərini dəstəkləyir, qısa müddətdə bir neçə yüksəklik və yaşayış məntəqələrinin düşməndən tam azad olunması xəbərinə sevinirik. Vətən qarşısında xidməti borcunu yerinə yetirərkən şəhid olan əsgərlərimizə isə Allahdan rəhmət, yaralılara isə şəfa diləyirik”.

Azərbaycan Prezidenti tərəfindən yürüdülən xarici siyasəti dəstəklədiklərini bəyan edən gənc həmvətənlərimiz Azərbaycandan kənarda yaşamalarına baxmayaraq böyük bir diaspor ordusunun Ali Baş Komandanının əmrini gözlədiyini vurğulayıblar.

Səxavət


Müəllif: