5 Aprel 2016 13:07

Aprelin 6-da Almaniyanın paytaxtı Berlində bu ölkədə yaşayan azərbaycanlılar tərəfindən Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı törətdiyi son hərbi təxribatlara etiraz əlaməti olaraq aksiya keçiriləcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, aksiyanın əsas məqsədi erməni hərbi birləşmələrinin atəşkəs rejimini və beynəlxalq hüquq normalarını kobud şəkildə pozmasına etiraz etmək, beynəlxalq birliyi Ermənistanı dinc və günahsız insanların qətlinə səbəb olan təxribatlardan çəkindirməyə çağırmaqdır. Aksiyada azərbaycanlılarla yanaşı, Almaniyada fəaliyyət göstərən türk diaspor təşkilatlarının nümayəndələrinin də iştirakı gözlənilir.

İştirakçıların Ermənistanın təcavüzkarlığa son qoymasını, beynəlxalq qurumların, xüsusilə ilə də BMT-nin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müvafiq qətnamələrinə əməl etməsini, o cümlədən beynəlxalq birlik tərəfindən münaqişəyə ədalətli yanaşma tələb edən şüarlarla yürüşü nəzərdə tutulub.

Aksiya iştirakçıları bu çətin günlərdə Azərbaycan xalqının yanında olduqlarını, hər zaman olduğu kimi Azərbaycana dəstək olduqlarını ifadə edəcəklər.

Səxavət


Müəllif:
Загрузка...