5 Aprel 2016 13:01
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan ötən illər ərzində atəşkəs rejiminə sadiq qalıb”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin iclasında parlament sədrinin müavini Ziyafət Əsgərov deyib.

Z.Əsgərov xatırladıb ki, Azərbaycan tez-tez Ermənistanın təxribatına məruz qalırdı: “Azərbaycan tərəfi həmişə bu təxribatlara cavab verirdi. Son atdığı addımları ilə ermənilər öz hədlərini aşdılar. Bu hadisələr praktiki olaraq Azərbaycan Ordusunun gücünü göstərdi. Azərbaycan ən müasir silahlardan istifadə edərək, qalibiyyət əldə etdi.

Bununla bir psixoloji dönüş yarandı. Xalqda döyüş ruhu yüksəldi. Ermənistan ordusu haqqında yaranmış mif sabun köpüyü kimi əridi. Məlum oldu ki, Ermənistan müstəqil dövlət deyil, bu səbəbdən də mütəşəkkil ordusu yoxdur. Bu dövlət kiminsə qapazaltısı olaraq qalır”.

Z.Əsgərov əlavə edib ki, artıq beynəlxalq təşkilatlar hərəkətə keçərək Azərbaycanın mövqeyini dəstəkləyir: “Dərk edirlər ki, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil”.

Vitse-spiker Minsk Qrupuna da müraciət edərək bildirib ki, məsələyə düzgün yanaşılmalıdır: “Minsk Qrupu yaxşı bilir ki, kim işğalçı, kim işğala məruz qalmış dövlətdir. Ancaq bu vaxta qədər işğalçının başını sığallayırdı. Beynəlxalq ictimaiyyət bilməlidir ki, hərbi əməliyyatlar Azərbaycan ərazisində gedir. Bu səbəbdən təmas xəttində erməni mülki əhalisi yoxdur. Belə halda mülki erməni əhalisi necə öldürülə bilər?”.

Nemət


Müəllif: