5 Aprel 2016 14:04
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Cəbhə xəttində baş verənlər Azərbaycan Ordusunun gücünü ortaya qoydu”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin iclasında millət vəkili Fəzail Ağamalı deyib.

F.Ağamalı qeyd edib ki, ordumuz xalqa qələbə dadını verə bildi: “Bu qələbənin davamı olmalıdır. Beynəlxalq təşkilatlar Ermənistanla yanaşı Azərbaycanı da atəşkəsə əməl etməyə çağırır. Azərbaycan atəşkəs müaviləsinə imza atarkən bunu əbədi olaraq etməyib. Azərbaycan Ordusunun Ermənistana verdiyi cavab xalqımızı tam qane edir. Bu qələbənin sonadək çatdırmalıyıq. Son erməni əsgəri torpaqlarımızdan çıxanadək silahları yerə qoymaq olmaz. Hadisələr göstərdi ki, xalq ordu və dövlətlə bərabərdir”.

Nemət


Müəllif: