5 Aprel 2016 19:46

Rusiya prezidenti Vladimir Putinin Azərbaycan və Ermənistan prezidentləri ilə telefon danışığı olub.


Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.


Teleqraf.com “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Kreml mətbuat xidməti məlumat yayıb.

Telefon danışıqları Rusiya liderinin təşəbbüsü ilə olub. Vladimir Putin Azərbaycan və Ermənistan prezidentlərini Dağlıq Qarabağda döyüş əməliyyatlarının tam dayandırmasını təmin etməyə çağırıb.

“Dağlıq qarabağ münaqişə zonasında vəziyyətin son inkişafı təfərrüatı ilə müzakirə edilib. Genişmiqyaslı silahlı toqquşmalarla əlaqədar ciddi narahatlığını ifadə edən Putin hər iki tərəfi təcili surətdə döyüş əməliyyatlarının tam dayandırmasını təmin etməyə çağırıb”, deyə məlumatda qeyd olunur.

Prezident İlham Əliyev öz növbəsində rusiyalı həmkarına bildirib ki, Azərbaycan tərəfi ilk gündən atəşkəs rejimi ilə bağlı bəyanat verməsinə baxmayaraq, qarşı tərəf döyüş əməliyyatlarını davam etdirib. Dövlətimizin başçısı qeyd edib ki, bu gün günorta saatlarından başlayaraq atəşkəs rejimi bərpa edilib və əgər bu rejim pozularsa, məsuliyyət Ermənistan tərəfi üzərində olacaq.

Söhbət zamanı dövlət başçıları ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar prosesinə bir daha öz dəstəyini ifadə ediblər. Azərbaycan və Rusiya prezidentləri bir daha ölkələrimiz arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıblar.


Müəllif:
Загрузка...