6 Aprel 2016 10:09
560
12 Punto 14 Punto 16 Punto 18 Punto

Apelin 5-də Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının rəhbərliyi şəhidlərin yas mərasimində iştirak etmək üçün Füzuli rayonuna səfər edib.

Teleqraf.com xəbər verir ki, ADR Hərəkatının sədri Qubad İbadoğlu, Hərəkatın təşkilatı məsələlər üzrə sədr müavini Ədalət Yusublu və İdarə Heyətinin üzvü Hamlet Səfixanlı Biləsuvar rayonunda Cəbrayıl rayonundan hərbi xidmətə çağırılmış, MAHXQ Ruhin Qəhrəmanovun, Füzuli rayonunda hərbi hissənin nizami hissə rəisi, Cəbrayıl rayonunun işğal altındakı Lələtəpə yüksəkliyi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş mayor Elnur Əliyevin və Füzuli rayonu Əhmədalılar kəndindən hərbi xidmətə çağırılmış MAHXQ Əlvan Hüseynovun yas mərasimində iştirak edib və şəhidlərimizin ailə üzvlərinə, əzizlərinə dərin hüznlə başsağlığı veriblər.

ADR Hərəkatı rəhbərliyinin cəbhə bölgəsinə səfəri zamanı yerli əhali ilə də görüşlər keçirərkən Füzuli və Cəbrayıl rayonlarında sakinlər arasında Qarabağın azad edilməsinə ümidlərin artmasını, orduda ruh yüksəkliyini müşahidə ediblər.

Bəkir


Müəllif: