6 Aprel 2016 12:02
642
12 Punto 14 Punto 16 Punto 18 Punto

Niderland Krallığında fəaliyyət göstərən “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyi Ermənistanın Azərbaycana qarşı törətdiyi son hərbi təxribatlarla əlaqədar bəyanat yayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Teleqraf.com-a daxil olan bəyanatda Azərbaycanın cəbhəboyu, həmçinin təmas xəttinə yaxın olmayan yaşayış məntəqələrinin və mülki obyektlərin atəşə məruz qalması nəticəsində dinc insanların öldürülməsinin Hollandiya azərbaycanlılarında ciddi narahatlıq doğurduğu bildirilir.
“Ermənistanın törətdiyi təxribata qarşı Azərbaycan Silahlı Qüvvələrinin atdığı addımlar özünün beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində mülki əhalisinin təhlükəsizliyinin təmin olunması məqsədini daşıyır. BMT Təhlükəsizlik Şurasının qətnamələri Ermənistan tərəfindən qeyd-şərtsiz yerinə yetirilməlidir”, – deyə bəyanatda qeyd olunur.

Həmçinin, bildirilir ki, dünya ictimaiyyəti Ermənistanın son təxribatçı fəaliyyətini qəti şəkildə pisləməli və Azərbaycan torpaqlarını tərk etməyi tələb etməlidir. Bəyanatda deyilir: “Dağlıq Qarabağ münaqişəsi dinc yolla, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”.

Səxavət


Müəllif: