6 Aprel 2016 12:48
536
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatları (QHT) Ermənistanla bağlı beynəlxalq təşkilatlara müraciət edib.

Teleqraf.com xəbər verir ki, müraciət Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Pan Gi Muna, ATƏT-in fəaliyyətdə olan sədri Frank Valter Ştaynmayerə, ATƏT PA-nın prezidenti İlkka Kanervaya, NATO-nun baş katibi Yens Stoltenberqə, Avropa Şurasının prezidenti Donald Taska, Avropa Parlamentinin prezidenti Martin Şultza, ABŞ prezidenti Barak Obamaya, Rusiyanın prezidenti Vladimir Putinə, Fransanın prezidenti Fransua Ollanda ünvanlanıb.

QHT-lər müraciətlərində beynəlxalq təşkilatları Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etməsi, silahlı qüvvələrini işğal etdiyi Azərbaycan ərazilərindən qeyri-şərtsiz və tamamilə çıxarması üçün müvafiq təsirli tədbirlər görməyə çağırıb.

Nərgiz


Müəllif: