6 Aprel 2016 15:44

Əskişəhər Azərbaycanlıları Dərnəyi Ermənistanın son təxribatlarına etiraz etmək üçün aksiya təşkil edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Teleqraf.com-a daxil olan məlumata görə “Qarabağ Azərbaycanın çırpınan ürəyidir!”, “Qatil erməni, Qarabağdan rədd ol”, “Qarabağ Azərbaycanındır, Azərbaycanın da qalacaq!”, “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları səsləndirilən aksiyada türk və azərbaycanlı gənclər, KİV nümayəndələri iştirak edib.

Daha sonra Əskişəhər azərbaycanlıları adından etiraz bəyanatı səsləndirilib. Bəyanatda Ermənistan ordusunun cəbhəboyu bölgələrdə Azərbaycanın mülki əhalisinə atəş açması pislənilib, beynəlxalq ictimaiyyətdən baş verən hadisələrə göz yummamaq tələb edilib.

“Azərbaycan Ordusu son 3 gündə Qarabağı işğaldan azad etməyə qadir olduğunu və Ermənistan ordusunun layiq olduqları cavabı alacaqlarını bütün dünya ictimaiyyətinə göstərmiş oldu”, – deyə bəyanatda bildirilib.
Aksiya zamanı səsləndirilən çıxışlarda ermənilərin tarixən azərbaycanlılara və türklərə qarşı həyata keçirdiyi işğalçılıq və vandalizm aktları barədə məlumat verilib. Türkiyə dövlətinin və xalqının Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəkləyəcəyini bildiriblər.

Səxavət


Müəllif:
Загрузка...