6 Aprel 2016 17:36
206

Müxalifət partiyalarının toplaşdığı Anti-böhran Koalisiyasının bu günə keçirilən tədbiri təxirə salınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Koalisiyanın təmsilçisi Tural Abbaslı məlumat verib.

Onun sözlərinə görə, Koalisiyanın adından həftənin ilk iş günü müvafiq bəyanat verilib, cəbhədə baş verən hadisələrə münasibət ifadə olunub.

T.Abbaslı daha sonra qeyd edib ki, bu gün Anti-böhran Koalisiyasının bəzi üzvləri toplaşıb: “Qeyri-rəsmi olaraq fikir mübadiləsi aparılıb. Lakin bildiyiniz kimi ADP sədri Sərdar Cəlaloğlunun qardaşı oğlu cəbhədə gedən döyüşlər zamanı şəhid olub. Sərdar Cəlaloğlunun özü hazırda Bakıda deyil, şəhid Rasim Məmmədovun dəfnində iştirak etmək üçün Naxçıvana gedib. Biz də belə qərara gəldik ki, gələn həftəyə qədər toplantımızı təxirə salaq”.

Nemət


Müəllif: