6 Aprel 2016 19:15
540
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Almaniyada yaşayan Miqrasiya Mərkəzinin direktoru Əlövsət Əliyev Almaniya kansleri Angela Merkellə görüş üçün Berlinə gedən Ermənistan prezidenti Serj Sərkisyan əleyhinə azərbaycanlıların təşkil etdiyi aksiyadan danışıb.

O, Teleqraf.com-a açıqlamasında bildirib ki, aksiya Berlində yaşayan soydaşlarımız tərəfindən təşkil edilib: “Qeyri-millətlərdən olan insanlar arasında da aksiyamıza qoşulanlar vardı. İştirakçıların sayı dörd yüz nəfərdən çox idi. Aksiyaya qatılanların çoxu məcburi köçkünlər idi. Ermənistanın Azərbaycan torpaqlarından dərhal çıxması tələbini irəli sürdük. Hesab edirəm ki, bu, çox zəruri aksiya idi. Tədbirimiz Sərkisyanın Angela Merkellə görüşü bitənədək davam elədi”.

Əlövsət Əliyev onu da vurğulayıb ki, aksiya yerli jurnalistlərin diqqətini cəlb edib.

Qeyd edək ki, Dağlıq Qarabağda qoşunların təmas xəttində atəşkəsin əldə edilməsindən sonra Ermənistan prezidenti Serj Sərkisyan Berlinə səfər edib. Berlində çox sayda azərbaycanlı fəal Sakisyanı etirazla qarşılayıb. Onlar Ermənistan prezidentindən bu ölkənin ordusunun dərhal Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmasını tələb ediblər.

Nərgiz


Müəllif: