16 İyun 2014 21:48
458

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Yunanıstana dövlət səfəri çərçivəsində bu ölkənin parlamentində əsas müxalifət olan Demokratik Solçular Birliyinin lideri Aleksis Tsipras ilə görüşüb.

Teleqraf.com-un məlumatına görə, görüşdə Azərbaycan-Yunanıstan münasibətlərinin hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Prezindent həmçinin Yunanıstan baş nazirinin müavini, xarici işlər naziri Evangelos Venizelos ilə də görüşüb.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri, enerji, qarşılıqlı sərmayə qoyuluşu və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Söhbət zamanı, həmçinin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparılıb.


Müəllif: