17 İyun 2014 10:11
794
12 Punto 14 Punto 16 Punto 18 Punto

Danışıqların gündəliyinə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi də daxildir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Azərbaycana rəsmi səfər edəcək.


Teleqraf.com-un məlumatına görə, səfər çərçivəsində Lavrov Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək.


Rusiya XİN-in İnformasiya və Mətbuat Departamentindən bildirilib ki, tərəflər regional və beynəlxalq gündəmin əsas aspektlərini müzakirə edəcəklər.

“Müzakirələrdə Həştərxanda keçiriləcək 4-cü Xəzər sammitinə hazırlıq kontekstində Xəzər probleminə diqqət ayrılacaq. Danışıqların gündəliyinə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi də daxildir”.


Müəllif: