17 İyun 2014 11:19
814
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Gömrük İttifaqına (Gİ) və ya Avrasiya İqtisadi Briliyinə (AİB) qoşulması ehtimal olunur.

Bunu Rusiyanın Regional İnkişaf naziri İqor Slyunyayev deyib.

Onun sözlərinə görə, AİB strateji layihədir və bu layihə özündə həm iqtisadi, həm də siyasi əməkdaşlığı özündə ehtiva edir.

“Ona görə də Azərbaycanın Gömrük İttifaqına və ya Avrasiya İqtisadi Briliyinə qoşulması tamamilə real görünür. Çünki bu təşkilatlarda regionun inkişafı üçün böyük perspektivlər var”, - deyə nazir bildirib.

Xatırladaq ki, may ayında Rusiya, Belarus və Qazaxıstan Astanada AİB-in yaradılması ilə bağlı saziş imzalamışdı./anspress/


Müəllif: