2 May 2016 13:21
266

“Erməni silahlı qüvvələrinin endirdiyi artilleriya zərbələri nəticəsində Ağdama dəyən maddi ziyan 2 milyon 403 manat təşkil edir”

Bu barədə Teleqraf.com-a açıqlamasında Ağdam icra başçısının köməkçisi Eldəniz Abdullayev məlumat verib.

O bildirib ki, ermənilərin artilleriya zərbələri nəticəsində qəlpə yarası alan 7 nəfər yaralı Ağdam sakinindən altısı ambulator müalicə alır, 38 yaşlı Məmmədov Elnur Polo oğlu isə Ağdam Mərkəzi rayon xəstəxanasında müalicəsini davam etdirir: “Məmmədov Elnur Polo oğlunun vəziyyəti orta ağır qiymətləndirilir. Döş qəfəsinin sol yarısından qəlpə yarası alıb, daxili qanaxma və ağ ciyərin zədələnməsi diaqnozu ilə xəstəxanada müalicə alır, həyatı təhlükəsi yoxdur”.

Eldəniz Abdullayev qeyd edib ki, 2-5 aprel və 27-28 aprel tarixlərində erməni hərbi qüvvələrinin atəşkəsi pozması nəticəsində 50 ev tamamilə dağılıb, 144 ev isə ziyan çəkib.

Nərgiz Ehlamqızı


Müəllif: