5 May 2016 17:39
208

"Azərbaycan Yaponiya üçün çox vacib bir ölkədir. Biz Azərbaycanı Yaponiyaya çox yaxın ölkə hesab edirik".

Teleqraf.com-un məlumatına görə, bunu Bakıda səfərdə olan Yaponiyanın hakim Liberal Demokrat Partiyasının Nümayəndələr Palatasının Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Kazunori Tanaka bu gün jurnalistlərə bildirib.
O, qeyd edib ki, Azərbaycanla Yaponiya arasında əməkdaşlıq üçün geniş imkanlar var: "Yaponiya indiyə qədər Azərbaycanla daha çox neft və energetika sahəsində əməkdaşlıq edib. Bundan sonra çox ümid edirəm ki, İT, elm, sənaye və digər sahələrdə Yaponiya və Azərbaycan arasında münasibətlər daha da dərinləşəcək".
K.Tanaka bildirib ki, Azərbaycan özəl şirkətlər üçün də cəlbedici bir ölkədir: "Ümid edirəm ki, iki ölkə arasında bu sahədə də münasibətlər inkişaf edəcək".

O, iki ölkənin parlamentləri arasında əməkdaşlığın bundan sonra dərinləşəcəyinə ümid etdiyini bildirib: "Biz istərdik ki, həm Azərbaycandan olan deputatlar Yaponiyaya tez-tez səfər etsin, həm də Yaponiya deputatlarının Azərbaycana səfərləri daha da artsın. Azərbaycanın bugünkü inkişafı bizi çox sevindirir. Ümid edirəm ki, çox yaxın müddətdə Yaponiyanın Baş naziri Sindzo Abe də Azərbaycana səfər edəcək".
K.Tanaka, həmçinin Azərbaycanın mühüm coğrafi məkanda yerləşdiyini diqqətə çatdırıb.

Qeyd edək ki, Yaponiya nümayəndə heyəti Yeni Azərbaycan Partiyasının dəvəti ilə ölkəmizdə səfərdədir.


Müəllif: