6 May 2016 13:17
193

“Azərbaycanda mətbuata dövlətin qayğısı hər zaman diqqət mərkəzində olub. Müzakirələr zamanı bəzi deputatlar təklif etdi ki, mətbuata tətbiq edilən əlavə dəyər vergisi götürülsün”.

Bunu vitse-spiker Ziyafət Əsgərov deyib.

Teleqraf.com xatırladır ki, bu gün keçirilən Milli Məclisin sessiyasında Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov və “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu təklif edib ki, ölkəyə gətirilən qəzet və kağıza, habelə çap üçün nəzərdə tutulan ləvazimatlara tətbiq edilən əlavə dəyər vergisi ləğv edilsin.

Vitse-spiker Ziyafət Əsgərov isə qeyd edib ki, bugünkü müzakirə mətbuatla bağlı deyil, daha çox sənaye parklarının stimullaşdırılması ilə əlaqəlidir: “Əgər sizin bununla bağlı təklifləriniz varsa, qanunvericilik təşəbbüsü ilə çıxış edə bilərsiniz”.

Nemət


Müəllif: