6 May 2016 15:20
812
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Universitetdə iki semestr ərzindəki müəllimim Əhməd Davudoğlunu şəxsən tanımaq imkanım olub, onu güclü nəzəriyyəçi, şəxsi fikri olan, prinsipial və dürüst bir insan kimi tanımışam”.

Teleqraf.com-un məlumatına görə, bu fikirləri Respublikaçı Alternativ Hərəkatının İdarə Heyətinin üzvü Azər Qasımlı bildirib.

Onun sözlərinə görə, məhz bu keyfiyyətlərə malik Əhməd Davudoğlunun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə fəaliyyətinin uzun sürəcəyinə əvvəldən şübhəsi olub:

“Əslində, Davudoğlunun istefası Ərdoğan-Davudoğlu, yəni iki şəxs arasında olan problemlərdən doğmayıb. Məsələ daha dərindir - siyasi sistem problemidir. Türkiyə hələ də parlamentli respublikadır və icraedici hakimiyyətin başçısı parlamentin seçdiyi baş nazirdir.

Əslində, Ana Yasaya görə, Ərdoğanın partiya məsuliyyəti olmamalı və yalnız Ali Baş Komandan funksiyasını həyata keçirməlidir. Parlamentli respublikalarda baş naziri də, prezidenti də parlament seçir. Amma Ərdoğan xalq tərəfindən seçildiyi üçün parlamentlə yanaşı o da xalq iradəsinin daşıyıcısıdır və məhz buna görə də hər işə müdaxilə etmək üçün özündə əlavə güc hiss edir.

Digər tərəfdən baş nazir də prezident tərəfindən deyil, məhz xalqın seçdiyi parlament tərəfindən seçilir və Ana Yasaya görə, yalnız parlament qarşısında məsuliyyət daşıyır, prezident qarşısında hər hansı cavabdehliyi yoxdur. Bir sözlə, Türkiyədə sistem dəyişməlidir: ya prezident respublikası olmalıdır, ya da daha əvvəlki kimi klassik parlament respublikası. Bu olmayana qədər prezidentlə baş nazir arasında daima problemlər olacaq. Fərq də etməz Prezident Ərdoğan olacaq, ya başqa birisi və ya baş nazir Davudoğlu olacaq, ya başqa birisi!”

Nərgiz


Müəllif: