18 İyun 2014 18:20
811
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah Bolqarıstanın Varna şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) üzv dövlətlərinin Xarici İşlər Nazirləri Şurasının 30-cu görüşü keçiriləcək.

XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, iclasda Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edəcək.

Görüş zamanı təşkilatın səmərəliliyinin daha da inkişaf etdirilməsi məqsədilə qəbul edilmiş qətnamə, qərar və tövsiyələrinin yerinə yetirilməsinin hazırkı vəziyyəti, QDİƏT işçi qruplarına ölkə əlaqələndiricilərinin təyin edilməsi, QDİƏT-də müşahidəçi statusunun uzadılması və QDİƏT-in Layihə İnkişaf Fondunun fəaliyyəti məsələləri müzakirə olunacaq.

Səxavət


Müəllif: