9 May 2016 14:15
703
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması bütün beynəlxalq ictimaiyyətin müəyyən səylərini tələb edir".

Bunu jurnalistlərə Belarus Azərbaycandakı səfiri Gennadi Axramoviç deyib.

Diplomat qeyd edib: "Mən Azərbaycan xalqının ağrı-acısını anlayıram".

Səfir ümidvar olduğunu bildirib ki, münaqişə gələcəkdə bütün beynəlxalq mexanizmlərdən istifadə nəticəsində həll olunacaq: "Azərbaycanla sıx dostluq edən bir ölkə, strateji tərəfdaş kimi, Belarus münaqişənin tezliklə dinc yolla həllini arzulayır. Belaruslular müharibənin nə demək olduğunu bilirlər və biz istəmirik ki, hər hansı xalq yenidən müharibənin acısını yaşasın".


Müəllif: