12 May 2016 15:35
533

Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının mərhum prezident Əbülfəz Elçibəy haqqında dediyi təhqiramiz fikirlər milli azadlıq hərəkatının üzvləri tərəfindən sərt reaksiyaya səbəb olub.

Teleqraf.com-un məlumatına görə, Əbülfəz Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov vaxtaşırı Elçibəyi təftiş edənlərin aktivləşdiyini qeyd edib: “Elçibəyi builki təftiş mövsümü başladı. Bazara çıxmaq istəyənlər “tələbat var, ya yox”a baxmazlar, tələsərlər. Kitab yazan, müsahibə verən, status paylaşan “sezonşiklər” bir azdan ortalığı yenə tozanaq edəcək. Kitaba baxırsan ki, bəsit yanaşma var, rayonda görüb eşitdiklərini bütün ölkəyə şamil edib nəticələr çıxarır, Rusiya və İran amilini qəbul etməmək qədər irəliyə gedir”.

Qeyd edək ki, Nemət Pənahlı Əbülfəz Elçibəy haqqında dediyi təhqirlərə görə peşman olmadığını deyib və bildirib ki, milli hərəkatın bu günə düşməsinin bir nömrəli günahkarı da məhz odur.

Kəmalə


Müəllif: