16 May 2016 11:14
460
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın baş naziri Artur Rəsizadə Gürcüstana səfərə gedib.


Artur Rəsizadəni Tiflis hava limanında Gürcüstanın energetika naziri Kaxa Kaladze və digər rəsmi şəxslər qarşılayıb.

Daha sonra Azərbaycanın baş naziri ilə Gürcüstan prezidenti Giorgi Marqvelaşvili arasında görüş başlayıb.

Artur Rəsizadə Gürcüstanın baş naziri Georgi Kvirikaşvili ilə də görüşəcək.

Bu gün Azərbaycanın baş nazirinin Tiflisdə keçirilən Şərq-qərb enerji dəhlizinin 20 illiyinə həsr olunan toplantıda iştirakı və çıxışı gözlənilir. (“APA”)


Müəllif: