16 May 2016 12:20
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misir prezidenti Azərbaycan prezidenti İlham Əliyevi bu ölkəyə rəsmi səfərə dəvət edib.

Teleqraf.com-un məlumatına görə, bunu Misir Turizm İdarəsinin rəsmisi Əhməd Şükri Bakıda keçirilən mətbuat konfransında deyib.

O, bildirib ki, dəvət martın 29-da təqdim olunub: "Azərbaycan Misir üçün mühüm ölkələrdən biridir. İki ölkə arasında bir çox sahələrdə yaxşı əlaqələr var. Bakıya səfərimizin əsas məqsəd iki ölkə arasında turizm sahəsində əməkdaşlığı daha da gücləndirməkdir.

Hədəfimiz tək Azərbaycandan Misirə deyil, həm də Misirdən Azərbaycana turist səfərlərinin təşkilidir".

Naibə QURBANOVA


Müəllif: