16 May 2016 13:22
544

Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komissiyası qondarma Dağlıq Qarabağ Respublikasının "müstəqilliyi"nin tanınması ilə bağlı qərar layihəsini qəbul etməyib.

Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, bununla bağlı Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan məlumat verib.

O bildirib ki, bu qanunun qəbul edilməsi çox tezdir: "Hazırda belə bir qərarın qəbul edilməsi məqsədəuyğun deyil. Bu, danışıqlar prosesinin pozulmasına gətirib çıxara bilər".

Qeyd edək ki, adı çəkilən qanunun layihəsi Ermənistan parlamentinin deputatları Zarun Postancanyan və Qrant Baqratyan tərəfindən hazırlanıb.

Samir


Müəllif: