16 May 2016 19:03
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) rus ordusunun Azərbaycandan çıxarılması gününü rəsmi dövlət bayramı kimi qeyd olunmasını təklif edir.

Teleqraf.com xəbər verir ki, bu gün KXCP İdarə Heyətinin toplantısı keçirilib. Yığıncaqda qərarların icra vəziyyəti, ictimai – siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə edilərək müvafiq qərarlar qəbul edilib.
İclasda 25 may rus ordusunun Azərbaycandan çıxarılmasının 23-cü ildönümü və 28 may Respublika günü münasibəti ilə partiyanın tədbirlər planı qəbul edilib.

Tədbirlər planına uyğun olaraq 25 may rus ordusunun Azərbaycandan çıxarılmasının 23-cü ildönümü və 28 may Respublika günü münasibəti ilə müraciət qəbul edilib və KXCP rayon şöbələrinin həmin günlərlə bağlı tədbirlər keçirməsi məqsədəuyğun hesab olunub.

Rus ordusunun Azərbaycan ərazisindən çıxarılması ilə bağlı qəbul edilmiş müraciətdə Azərbaycan hökümətindən 25 mayın Dövlət bayramı kimi qeyd edilməsi və həmin günün şərəfinə Bakı şəhərində abidə qoyulması təklif olunub.

28 mayda Novxanı kəndində M.Ə.Rəsulzadənin abidəsinin, Fəxri Xiyabanda Ə.Elçibəyin məzarının ziyarət edilməsi və bir sıra tədbirlərin keçirilməsi haqda qərar da qəbul olunub.

Nemət


Müəllif: