19 İyun 2014 13:25
848
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda polis narkotiklərlə bağlı əməliyyat keçirib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Tərtər rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sarov kənd sakini Kamal Heydərovun evinə baxış zamanı 6 kiloqram 711 qram marixuana aşkar edilib.

Daha bir əməliyyatı İmişli polisi keçirib. Əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş Nadir Məmmədovdan 1 kiloqram 430 qram marixuana götürülüb.

Hacı Zeynalov


Müəllif: