18 May 2016 15:27
528
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Ukraynanın etibarlı müttəfiqi və strateji partnyorudur. Bizim ölkələrimizin əraziləri işğal edilib. Beynəlxalq ictimaiyyətin dəstəyi ilə bu problemi birgə həll etməliyik”.

Teleqraf.com-un məlumatına görə, bu fikirləri Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko deyib.
Diplomat qeyd edib ki, Ukrayna və Azərbaycan oxşar problemlərə malikdir, hər iki ölkə işğalçıdan qorunmaq üçün ordusunun silahlandırılmasına böyük vəsait xərcləməyə məcbur olub.

Onun sözlərinə görə, Ukrayna ərazi bütövlüyü məsələsində Azərbaycanın dəstəyinə ümid edir: “Ukrayna ərazi bütövlüyü məsələsində Azərbaycanın BMT-nin Baş Assambleyasında verdiyi dəstəyi xatırlayır”.

Nərgiz


Müəllif: