26 May 2016 14:20
185

“Bolqarıstanın Vətənpərvər Cəbhə Partiyasını təmsil edən parlament üzvlərinin Azərbaycanın işğal olunmuş ərazilərinə özfəaliyyət xarakteri daşıyan qərəzli səfəri Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində hərbi təcavüz, işğal və qanlı etnik təmizləmə nəticəsində yaradılmış qondarma rejimin təşviqinə xidmət edən cəhd kimi qiymətləndirilir”.


Teleqraf.com-un məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib. O bildirib ki, bu qanunsuz səfər Bolqarıstanda kimlərinsə Azərbaycan və Bolqarıstan arasında strateji tərəfdaşlıq müstəvisində dostluq və əməkdaşlıq əlaqələrinin inkişafından ciddi narahat olduğunu göstərir: “Təəssüflər olsun ki, rəsmi Yerevan Vyana görüşündə qeyd olunan hərtərəfli və substantiv danışıqlara zəmin hazırlamaq əvəzinə, bu kimi lüzumsuz və mənasız təxribatçı əməllərlə məşğuldur. Sözügedən qanunsuz və təxribatçı səfərlə əlaqədar Azərbaycan Respublikasının Bolqarıstandakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyi və qanunverici orqanına müraciət edəcək və narahatlığımızı çatdıracaq. Müvafiq dəqiqləşdirmə aparıldıqdan sonra onların adları arzuolunmaz şəxslər siyahısına daxil ediləcək”.


Müəllif: