26 May 2016 20:27
234

Özbəkistan Prezidenti İslam Kərimov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu. Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.

Sizin rəhbərliyinizlə həyata keçirilən, Azərbaycanın geniş potensialından istifadə olunmasına, xalqın rifahının yüksəldilməsinə və ölkənizin nüfuzunun beynəlxalq aləmdə möhkəmlənməsinə yönəlmiş islahatlar və dəyişikliklər siyasətini Özbəkistanda böyük diqqətlə izləyirlər.

Əminəm ki, Özbəkistan ilə Azərbaycan arasında möhkəm və sarsılmaz qarşılıqlı anlaşma, etimad və hörmət prinsiplərinə əsaslanan ənənəvi dostluq münasibətləri ölkələrimizin və xalqlarımızın mənafeyi və rifahı naminə bundan sonra da durmadan inkişaf edəcək.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, bütün işlərinizdə uğurlar arzulayır, qardaş Azərbaycan xalqına sülh və daha yüksək firavanlıq diləyirəm".


Müəllif: